Əfqanıstanda Amerika əleyhinə nəhəng pankart asılıb

Jurnalistlər bildirir ki, nəhəng pankartda Əfqanıstan xalqının Amerikanı məğlub etdiyi yazılıb. Pankartı kimin asdığı məlum deyil.
ABŞ 2001-ci ildə 11 sentyabr terror aktlarından sonra Əfqanıstana qoşun yeridib. Hədəfin hücumlara görə məsuliyyət daşıyan Əl-Qaidə qruplaşması olduğu bildirilir.
Missiyanın 2020-ci ildə dayandırılması ilə bağlı ilk müqaviləni Donald Tramp imzalayıb. Qoşunların çıxarılması 2021-ci ildə Co Baydenin rəhbərliyi altında baş verib. Amerika hərbçiləri getdikdən sonra Taliban hərəkatı Əfqanıstanda hakimiyyəti ələ keçirib.
AzVision.az
Teqlər: