Çinin yeni səfiri Bakıya gəlib

   Çinin yeni səfiri Bakıya gəlib
  15 Aprel 2025    Oxunub:800
Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Lu Mey aprelin 14-də diplomatik vəzifəsinin icrasına başlamaq üçün Bakıya gəlib.
Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyindən AzVision.az -a bildirilib ki, Lu Meyi hava limanında Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri, həmçinin Çin səfirliyinin əməkdaşları və yüksək vəzifəli diplomatları qarşılayıblar.

Qarşılanma mərasimində səfir qeyd edib ki, Çin və Azərbaycan təkcə səmimi və etibarlı dostlar deyil, həm də bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlardır.

L.Mey vurğulayıb ki, iki ölkə liderinin strateji rəhbərliyi altında ikitərəfli əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etdiyi dövrdə Çini Azərbaycanda təmsil etmək onun üçün böyük şərəfdir.

Səfir dövlət başçıları arasında əldə edilmiş mühüm razılaşmalara riayət etməyə və praqmatik əməkdaşlığın inkişafı, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, eləcə də Çin-Azərbaycan strateji tərəfdaşlığının yeni səviyyəyə qaldırılması məqsədilə Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələri ilə sıx əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, əvvəllər Çinin Azərbaycandakı səfiri vəzifəsini Qo Min tutub.

AzVision.az


Teqlər:





Xəbər lenti