Britaniya Ukraynaya təxminən 1 milyard dollarlıq yeni yardım paketi göndərib

Britaniya Ukraynaya təxminən 1 milyard dollarlıq yeni yardım paketi göndərib
  14 Aprel 2025    Oxunub:1075
Aprelin 14-də Böyük Britaniya hava hücumundan müdafiə avadanlığı və artilleriya almaq üçün Ukraynaya 900 milyon dollar göndərib.

AzVision.az xəbər verir ki, bu haqda “Reuters“ Britaniya hökumətinə istinadən məlumat yayıb.

“Dünya gözümüzün önündə dəyişir, qlobal qeyri-sabitlik, o cümlədən Rusiyanın Ukraynaya təcavüzü ilə yenidən formalaşır”, - deyə Britaniyanın maliyyə naziri Reyçel Rivz bildirib.

Vəsaitin Rusiyanın dondurulmuş aktivlərindən ibarət 50 milyard dollar məbləğində beynəlxalq kredit proqramının bir hissəsi olduğu bildirilir.

Agentliyin məlumatına görə, bu ödəniş ümumi məbləği 2,26 milyard funt sterlinq olan üç ödənişdən ikincisidir. Ödənişin birincisi martın 6-da köçürülüb, sonuncu hissə isə gələn il ödəniləcək.

Böyük Britaniyanın müdafiə naziri Con Hili bu il ölkəsinin Ukraynaya 4,5 milyard funt sterlinq məbləğində yardım edəcəyini və bu yardımla hava hücumundan müdafiə sistemləri, artilleriya, nəqliyyat vasitələri üçün ehtiyat hissələri və digər avadanlıqlar alınacağınıbildirib.

Xəbər də o da qeyd olunur ki, Britaniya Ukraynaya radar sistemləri, tank əleyhinə minalar və yüz minlərlə PUA almağa kömək edir.

AzVision.az





Teqlər:





Xəbər lenti