Vens: “Vassal olmaq yetər”

      Vens:    “Vassal olmaq yetər”
  15 Aprel 2025    Oxunub:487
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ukraynadakı müharibə, Avropanın rolu və Qərb təhlükəsizliyinin gələcəyi ilə bağlı bir sıra ciddi bəyanatlar səsləndirib.
AzVision.az xəbər verir ki, ABŞ-nin vitse-prezidenti “UnHerd” nəşrinə müsahibəsində müharibəni bitirmək üçün həm Rusiya, həm də Ukraynanın strateji maraqlarını nəzərə alınmasının lazım olduğunu bildirib.

Cey Di Vens, eyni zamanda, onu əvvəllər Moskvaya rəğbət bəsləməkdə günahlandıran Ukrayna prezidenti Volodimir Zelenskinin ittihamlarını rədd edib.

“Mən Rusiyanı işğala görə tənqid etmişəm. Ancaq münaqişəni dayandırmaq istəyirsinizsə, hər iki tərəfin - Rusiya və Ukraynanın strateji qırmızı xətlərini haradan çəkdiyini başa düşməlisiniz. Bu, işğala dəstək demək deyil, müharibəni bitirmək üçün real strategiyanın bir hissəsidir. Zelenskinin Vaşinqtonun Rusiyanın tərəfini tutması ilə bağlı ittihamları absurddur”, - ABŞ-nin vitse-prezidenti vurğulayıb.

Ukrayna prezidentinin ritorikasını da tənqid edən Vens belə bəyanatların, şübhəsiz ki, dialoqun yaxşılaşmasına töhfə vermədiyini bildirib.

Müsahibədə, habelə Avropa liderlərini tənqid atəşinə tutan siyasətçi, onların öz vətəndaşlarının iradəsinə, xüsusən də miqrasiya və iqtisadiyyat məsələlərində məhəl qoymadıqlarını deyib.

- Avropalıların ağıllı siyasət aparılması tələbi qarşılığında liderlərin onlara bunun əksini təklif etməsindən biz çox məyus olduq – mən çox məyus oldum, prezident çox məyus oldu, bütün administrasiya çox məyus oldu. Avropanın bütün təhlükəsizliyi onilliklər ərzində ABŞ tərəfindən subsidiyalaşdırılıb və bu dəyişməlidir. Bu gün əksər Avropa ölkələrinin onları qoruya bilən silahlı qüvvələri yoxdur. İstisnalar var - Britaniya, Fransa, Polşa. Amma bu, bir qaydanı sübut edir: Avropa liderləri müdafiəyə çox az sərmayə qoyurlar”, - Cey Di Vens diqqətə çatdırıb.

WSJ: “Trampın komnadasında ixtilaf yaranıb”
Maraqlıdır ki, bu kontekstdə ABŞ-nin vitse-prezidenti Fransa tarixində böyük iz qoymuş prezident Şarl de Qollun “Soyuq müharibə” dövründəki məşhur kəlamını xatırladıb: “Avropa Vaşinqtondan sağlam müstəqillik dərəcəsinə malik olmalıdır".

Vens bildirib ki, onun fikrincə, Avropanın vassal rolu nə ABŞ-yə, nə də avropalıların özlərinə sərfəli deyil.

“Mən istəmirəm ki, avropalılar amerikalılar onlara nə desə, etsinlər. Bu, onların və ya bizim maraqlarımıza uyğun deyil”, - amerikalı siyasətçi vurğulayıb.

Daha əvvəl isə, Vens Rusiyanın növbəti işğalının qarşısını almağın bir yolunun ABŞ-nin Ukraynanın iqtisadi gələcəyinə cəlb edilməsi olduğunu açqıalmışdı. Onun iddiasına görə, Kiyev üçün əsl təhlükəsizlik təminatları Amerikanın Ukraynadakı iqtisadi marağıdır.

Bundan başqa, Vens, həmçinin ABŞ prezidentinin Xüsusi nümayəndəsi Stiv Uitkoffu Ukrayna ilə bağlı verdiyi açıqlamalarla bağlı qalmaqaldan sonra müdafiə edib:

- O, onilliklər ərzində başqalarının uğursuz olduğu yerdə uğur qazanan əla bir insandır”, - ABŞ-nin vitse-prezidenti Tramp administrasiyasındakı komanda yoldaşını dəstəkləyib.

Xatırladaq ki, mənbələrə istinsad edən “The Wall Street Journal (WSJ)” nəşrinin yazdığına görə, Stiven Uitkoffun Ukraynada sülh barədə Xüsusi nümayəndə Stiven Uitkoffun mövqeyi ilə bağlı Donald Tarmp komandasında fikir ixtilafının yaranıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Vens   Avropa   vassallıq  





Xəbər lenti