Zəlzələ qurbanlarının sayı 700 nəfərə çatdı

   Zəlzələ qurbanlarının sayı 700 nəfərə çatdı
  29 Mart 2025    Oxunub:1083
Myanmada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı kəskin artıb.
AzVision.az xəbər verir ki, bu barədə “Agence France-Presse” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanlar 694 nəfərin həyatına son qoyub, 1 670 şəxs zəlzələ nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Martın 28-də qeydə alınan güclü təkanlar demək olar ki, bütün ölkə ərazisində dağıntılara səbəb olub. Hadisə şahidlərinin sözlərinə görə, bir çox yaşayış binaları, inzibati binalar və xəstəxanalar uçub.
AzVision.az



Teqlər:





Xəbər lenti