“Rusiya əraziləri özünə qaytarır və Zelenskinin qışqırıqlarına baxmayaraq, bunu ABŞ və əksər ölkələr tanıyır. Lakin proses yalnız başlanğıcdadır, Ukrayna dövlətçiliyi üçün vəziyyət daha pis olacaq, xüsusən də əslində o, mövcudluğunu itirdiyinə görə”, - Medvedçuk “Smotrim.ru” media platforması üçün müəllif köşəsində yazıb.
![]() |
Zelenski Səudiyyə Ərəbistanına gedir |
- Bundan sonra nə olacağını sizə deyə bilərəm. Vətəndaşların əksəriyyəti Ukrayna əraziləri ilə birgə yenidən Rusiyaya birləşdiriləcək. Bu, Zelenskinin dəstəsi və hər kəsin artıq öyrəndiyi kimi, xaricdən sövdələşmələr üçün işləyən və Ukrayna xalqını aldadan Qərb tüfeyliləri üçün pis xəbərdir. Lakin ukraynalılar üçün bu, Rusiya ilə birləşmənin tarixi dövrüdür”, - Viktor Medvedçuk vurğulayıb.
Xatırladaq ki, dünən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yüksək səviyyəli Rusiya-Amerika danışıqları başa çatıb. Görüşdə müzakirə mövzusu Ukrayna üzrə danışıqlara necə başlamaq barədə razılığa gəlmək olub. Danışıqlardan sonra Rusiya və Amerika nümayəndə heyətləri müsbət nəticələr, problemlərin birgə həlli üçün razılaşma və yeni görüşlərə hazırlıq barədə məlumat verilər.
Sahil İsgəndərov
AzVision.az