Aİ Budapeştə güzəştə getdi

   Aİ Budapeştə güzəştə getdi
  19 Fevral 2025    Oxunub:578
Macarıstan Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının 16-cı paketinin bir hissəsi kimi Rusiya nefti və neft məhsullarının istifadəsi ilə bağlı istisnalar alıb.
AzVision.az xəbər verir ki, Budapeştin rəsmi açıqlamasında Aİ-nin yeni sanksiya paketinin Macarıstan üçün müəyyən güzəştlər nəzərdə tutduğu bildirilir.

“Biz nail olduq ki, 16-cı sanksiyalar paketi “MOL” şirkəti tərəfindən gətirilən Rusiyanın neft məhsullarının Bratislavadakı “Slovnaft” zavodunda emal edildikdən sonra Macarıstanda onun istifadəsinə icazə verilsin. Bu, bizim enerji təhlükəsizliyimizi əhəmiyyətli dərəcədə artıracaq”, - Macarıstan XİN-in Peter Siyarto vurğulayıb.

Bundan əvvəl Aİ ölkələri Rusiyanın alüminiumuna, neftinə və bank sektoruna qarşı yeni sanksiyalar paketi barədə razılığa gəliblər. Bu, Rusiyanın Ukrayna genişmiqyaslı hərbi müdaxiləsinin başlanmasından bəri 16-cı sanksiyalar paketidir ki, bu da digər məsələlərlə yanaşı, Rusiyanın neft ixracına əlavə məhdudiyyətlər nəzərdə tutur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Macarıstan     güzəşt  





Xəbər lenti