Emanuel: Donald Tramp “Stalinin arzusunu” dəstəkləyir

    Emanuel:  Donald Tramp “Stalinin arzusunu” dəstəkləyir
  20 Fevral 2025    Oxunub:490
ABŞ prezidenti Donald Tramp Ukraynaya qarşı hərəkətləri ilə “İosif Stalinin arzusunu” həyata keçirməyə kömək edir.
AzVision.az xəbər verir ki, ABŞ-nin Yaponiyadakı keçmiş səfiri Ram Emanuel “The Hill” qəzetinə müsahibəsində belə deyib.

“İkinci Dünya Müharibəsindən bəri Rusiyanın əsas məqsədi NATO-nu parçalamaqdır. İosif Stalinin vaxtından bu yeganə məqsəd olub və Amerika prezidenti Stalinin arzusunu həyata keçirib”, - sabiq səfir bildirib.

Tramp: "Zelenski diktatordur"
Qeyd edək ki, dünən ABŞ prezidenti Donald Tramp Kiyevin Rusiya ilə münaqişənin həlli üzrə danışıqlar masasında yer alması üçün Ukraynada seçkilərin keçirilməsinin zəruri olduğunu deyib. Ukrayna prezidenti Volodimir Zelenskinin reytinqinin 4%-ə düşdüyünü iddia edən Tramp, onu həmçinin “seçkilərsiz diktator” adlandırıb.

Öz növbəsində, 4%-lik reytinq barədə məlumatı dezinformasiya adlandıran Zelenski, onun indi dövlət başçısı kimi dəyişdirilməsinin “heç cür alınmayacağını” iddia edib.

Kiyevə hərbi və maliyyə dəstəyinin göstərilməsində həmişə ehtiyatlı davranan Almaniya kansleri Olaf Şolz da Trampın Zelenski barədə dediklərini tənqid edib.

- Prezident Zelenskinin demokratik legitimliyini inkar etmək sadəcə olaraq yanlış və təhlükəlidir. Həqiqət budur ki, Volodimir Zelenski Ukraynanın seçilmiş dövlət başçısıdır”, - Almaniyanın artıq “axsaq ördəyə” çevrilmiş kansleri vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Tramp   Stalin   NATO  





Xəbər lenti