Ruslar İrəvanda polis şöbəsinə soxulublar

Bir həftə əvvəl isə, Şklover izahat vermək üçün İrəvan metropoliteninin polis şöbəsinə çağırılıb. Rusiyalı müxalifətçi ora Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin hüquqşünası Samson Qalstyanla birlikdə gəlib.
“Söhbət zamanı Rusiya kəşfiyyatçıları, böyük ehtimalla, FTX əməkdaşları bölməyə soxulublar. Onlar fəalı könüllü şəkildə təslim olmağa və onlarla getməyə inandırmağa başlayıblar. Onunla bağlı “hər şeyin yaxşı olacağını” vəd ediblər. Roman Şklover bundan imtina edib və vəkilin müdaxiləsi sayəsində Rusiya təhlükəsizlik qüvvələri tərəfindən qaçırılmaqdan yayına bilib”, - erməni KİV-ləri yazır.
Lakin Ermənistan Daxili İşlər nazirliyi bu xəbəri təkzib edib. Qurumun rəsmi məlumatına görə, həmin vaxt Rusiya Daxili İşlər nazirliyinin Ermənistana göndərilmiş nümayəndələri göstərilən polis bölməsində olublar və onların iştirakı ilə lazımi sənədlər tərtib edildikdən sonra Şklover sərbəst buraxılıb.
Sahil İsgəndərov
AzVision.az