Livan Prezidenti İsrail qoşunlarının ölkədən tam çıxarılmasını tələb edir

Livan Prezidenti İsrail qoşunlarının ölkədən tam çıxarılmasını tələb edir
  19 Fevral 2025    Oxunub:589
İsrail qoşunları Livanın cənubundakı son məntəqələrdən geri çəkilərək bu ölkənin ərazisini tərk etməlidir.
AzVision.az "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Livan Prezidenti Cozef Aun deyib.

Məlumata görə, Aun ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Vals ilə söhbətində İsrail və "Hizbullah" hərəkatı arasında atəşkəs razılaşmasının tamamlanmasının, həmçinin 2006-cı ildə İsrail-Livan müharibəsinə son qoyan BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrasının zəruriliyini bildirib.

Bundan əlavə, Livan lideri İsraildə həbsdə olan ölkə vətəndaşlarının azad edilməsinə çağırıb.

Xatırladaq ki, 2024-cü ilin noyabrında İsrail ordusu və “Hizbullah” atəşkəs sazişi bağlayaraq hərbi əməliyyatları dayandırıb və buna əsasən İsrail ordusu Livan ərazisindən mərhələli şəkildə geri çəkiləcək, ölkənin cənubundakı mövqelərini Livan hərbçilərinə təhvil verəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti