Qırmızı xaç:`Kəlbəcərli girovlardan xəbərimiz yoxdur`

Onun sözlərinə görə, 2 saat yaxın gözlədikdən sonra piket iştirakçılarından 3-nü – Şahbaz Quliyevin əmisi oğlu Natiq Quliyev, qohumları Daşqın Əliyev və Nizami Əhmədovu qəbul edən BQXK-nin Bərdə ofisinin rəhbərliyi onlara qəribə cavab verib. Guya Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqda olması barədə məlumatı yalnız indi onlardan öyrəniblər. Halbuki olaydan dərhal sonra Azərbaycan hökuməti BQXK-yə məlumat çatdırıb. Və baş nazirin müvaini Əli Həsənov BQXK-nin Azərbaycan nümayəndəliyinə girovlarla tezliklə görüşməyəcəkləri təqdirdə respublikadan çıxarılacaqları ilə bağlı xəbərdarlıq etmişdi.
Teqlər: