FHN əhaliyə təkrar müraciət edib

FHN əhaliyə təkrar müraciət edib
  31 Dekabr 2024    Oxunub:855
Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyinin əhaliyə təkrar müraciət açqıalnıb.
AzVision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin açıqlamasında Yeni il bayramı ilə əlaqədar insanların kütləvi şəkildə müxtəlif məkanlarda, o cümlədən restoran və şənlik zallarında, evlərdə toplanmasının, bayramın əsas simvolu olan küknar ağaclarının quraşdırılaraq işıqlandırılmasının və digər halların yanğın təhlükəsini artırdığı vurğulanır. Bu zaman kiçik ehtiyatsızlıq və ya diqqətsizlik bayram ab-havasının pozulmasına, acı nəticələrə gətirib çıxara bilər.

Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək Yeni il bayramı ilə əlaqədar keçirilən mərasimlərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır:

- evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
- işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli, bunlar nəzarətsiz qoyulmamalı;
- ağac tezalışan oyuncaqla bəzədilməməli;
- pirotexniki vasitələrdən istifadə olunmamalıdır.


Həmçinin, bir daha xatırladılıb ki, bayram şənliyinin təşkili üçün seçilən məkanlar müvafiq yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməlidir.

“Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”, - müraciətdə vurğulanır.

AzVision.az


Teqlər: FHN   xəbərdarlıq  





Xəbər lenti