TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat

   TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
  30 Dekabr 2024    Oxunub:479
Azərbaycan təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərdən 5 nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki Yeni Klinikada davam etdirilir.
AzVision.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, yaralı sayı əvvəlki məlumatlarda verildiyi kimidir:

"Stasionar müalicə alan xəstələrdən 9 nəfər bu gün kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılıb. Reanimasiya şöbəsində müalicə alan və əvvəllər vəziyyəti ağır stabil olaraq qiymətləndirilən pasiyent stasionar şöbəyə köçürülüb. Hazırda vəziyyəti orta ağırdır. Müalicəsi davam etdirilən digər şəxslərin vəziyyətləri isə qənaətbəxş olaraq qiymətləndirilir.

Hər birinin sağlamlıq durumu həkimlərin nəzarətindədir".

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

AzVision.az



Teqlər:





Xəbər lenti