Netanyahu Əsədin sarayında da çıxış edə bilər

Netanyahu Əsədin sarayında da çıxış edə bilər
  11 Dekabr 2024    Oxunub:771
Suriyada xaos o həddə çatıb ki, İsrailin baş naziri Binyamin Netanyahunun Dəməşqdəki prezident sarayında çıxış edə bilməsi də mümkündür.
AzVision.az bildirir ki, misirli jurnalist İbrahim İsa belə sarkastik bəyanat verib. Bundan əvvəl Suriyadakı strateji hərbi obyektlərə “cihadçıların əlinə keçməsinin qarşısını almaq üçün” hava qüvvələrinin zərbələr endirdiyini təsdiqləyən İsrailin baş naziri Netanyahu, bu hücumları nasistlərin müttəfiqlərinə qarşı zərbələrlə müqayisə edib.

“Bu, Vişi rejiminin (Fransanın cənubunda marşal Filipp Petenin başçılıq etdiyi və İkinci Dünya Müharibəsi zamanı nasistlərlə əməkdaşlıq edən kollaborsionist rejim) donanmasına onun nasistlərin əlinə keçməsinin qarşısını almaq üçün hücum edən Böyük Britaniyanın Hərbi Hava qüvvələrinin (HHQ) hərəkətlərinə bənzəyir”, - İsrailin baş naziri deyib.

Moskva Netanyahunun Colan təpələri iddiasına reaksiya verib
Qeyd edək ki, Bunyamin Neatnyahu həmçinin Colan təpələrinin birmənalı şəkildə İsrailin nəzarəti altında qalacağını da iddia edib ki, bu da faktiki olaraq, həmin ərazinin bütövlükdə İsrailə birləşdirilməsi deməkdir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Netanyahu   Suriya  





Xəbər lenti