İran generalı: "Bəşər Əsəd İranın köməyindən qorxdu"

   İran generalı: "Bəşər Əsəd İranın köməyindən qorxdu"
  11 Dekabr 2024    Oxunub:919
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli generalı Əsədi, Suriyadakı vəziyyətlə bağlı verdiyi açıqlamada diqqətçəkən fikirlər səsləndirib. O bildirib ki, Suriya Prezidenti Bəşər Əsəd bu dəfə İranın köməyini nəinki istəməyib, hətta bu yardımla bağlı ehtiyatlı davranıb.

"Bəşər Əsəd əvvəlki dövrlərdə, xüsusilə İŞİD-in Suriyaya hücumu zamanı, bizdən yardım istəmişdi. Ancaq bu dəfə nəinki yardım istəmədi, hətta bizim yardım təklif edəcəyimizi ehtimal edib narahatlıq keçirirdi. O qeyd edirdi ki, əgər iranlılar yardıma gələcəklərsə, İsrail dərhal Suriyaya zərbə endirəcək," – deyə Əsədi vurğulayıb.

General İsrailin Suriyaya müdaxiləsi ilə bağlı əlavə edib ki, İsrail rejimi Suriyanın bütün infrastruktur və hərbi potensialını məhv etməkdə qərarlıdır:

"Əgər İsrail Suriyanı tamamilə ələ keçirərsə, bölgədəki bütün İslam ölkələrini silahsızlaşdırmağa çalışacaq ki, heç biri ona hücum edə bilməsin."

Türkiyənin regiondakı mövqeyi barədə də danışan general bildirib ki, bu ölkəni Qərbdən ayrı düşünmək olmaz:

"Türkiyə NATO-nun üzvüdür və ABŞ-la Avropanın bir hissəsidir. O, davranışları ilə Amerikaya dəstək verir və onun maraqlarına uyğun hərəkət edir."

Məhəmmədəli Həsənli
AzVision.az



Teqlər:





Xəbər lenti