Dünya liderləri Putinə qarşı birləşir

Dünya liderləri Putinə qarşı birləşir
  19 İyul 2014    Oxunub:992
ABŞ prezidenti Barak Obama Almaniya kansleri Angela Merkel və Brtitaniya baş naziri Devid Kemeronla telefon danışıqları zamanı Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunması imkanını müzakirə ediblər.

Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“Tərəflər yenidən Rusiyanı Ukraynanın şərqindəki separatçıları dəstəkləməkdən imtina etməyə çağırıb. Əks halda onlar Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə dair razılığa gəliblər” –deyə, Ağ Evin yaydığı məlumatda bildirilir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti