İranın Dəməşqdəki səfirliyinə basqın edilib

İranın Dəməşqdəki səfirliyinə basqın edilib
  08 Dekabr 2024    Oxunub:872
AzVision.az bu baradə Press TV-yə istinadla məlumat verir. İran dövlət televiziyasının verdiyi məlumata görə, bazar günü səhər Suriya üsyançıları Dəməşqi ələ keçirəndən və İranın müttəfiqi Bəşər Əsədi devirəndən sonra naməlum silahlı şəxslər İranın Suriyanın paytaxtındakı səfirliyinə basqın edib.

İran dövlət televiziyası üsyançılara rəhbərlik edən Heyət Təhrir əş-Şama (HTS) istinadən bildirib ki, "İran səfirliyinə hazırda Suriyanın əksər ərazilərinə nəzarət edən qruplaşmadan fərqli silahlı qrup tərəfindən basqın edilib " .



Səbinə Həsənova

AzVision.az


Teqlər:





Xəbər lenti