Obama təyyarə olayına nöqtə qoydu
“Təyyarənin separatçıların nəzarəti altında olan ərazidən zenit raketi ilə vurulduğunun təsdiqi var”, deyə Obama qeyd edib.
APA-nın “UNN”ə istinadən verdiyi xəbərə görə, Obama, həmçinin, “Boeing-777” sərnişin təyyarəsinin vurulmasını araşdırmaq üçün Moskvanı, Rusiya yönümlü separatçıları və Kiyevi atəşkəsə çağırıb.
Onun sözlərinə görə, istintaqa mane olmaq yolverilməzdir, araşdırma iştirakçılarının hadisə yerinə gəlişinə bütün imkanlar yaradılmalıdır.