Britaniya və İraq insan alverinə qarşı təhlükəsizlik razılaşması imzalayıb

Britaniya və İraq insan alverinə qarşı təhlükəsizlik razılaşması imzalayıb
  29 Noyabr 2024    Oxunub:836
Böyük Britaniya və İraq arasında insan alveri ilə məşğul olan cinayətkar qruplara qarşı mübarizə aparmaq və sərhəd əməkdaşlığını gücləndirmək məqsədilə təhlükəsizlik razılaşması imzalanıb.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın daxili işlər naziri İvet Kuper bu qrupların təhlükəli kiçik qayıqlarla miqrantların daşınmasından qazanc əldə etdiyini və fəaliyyətlərinin Fransadan Almaniyaya, Avropa boyunca İraqa qədər uzandığını bildirib.

Razılaşma çərçivəsində Böyük Britaniya, İraq hüquq-mühafizə orqanlarının sərhəd təhlükəsizliyi sahəsində təlim keçməsi üçün 300 min funt sterlinqə qədər maliyyə yardımı göstərəcək.

Britaniya Daxili İşlər Nazirliyi bu razılaşmanı iki ölkə arasında insan alveri və ciddi təşkilatlanmış cinayətkarlığa qarşı ən böyük əməliyyat paketi kimi qiymətləndirib.

AzVision.az



Teqlər:





Xəbər lenti