Azərbaycanda yeni Vergi Məcəlləsi hazırlanır

Azərbaycanda yeni Vergi Məcəlləsi hazırlanır
  29 Noyabr 2024    Oxunub:770
Azərbaycanda gələcək dövr üçün yeni Vergi Məcəlləsi üzərində iş aparılır.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin bu gün keçirilən iclasında bildirib.

"Bütün dəyişiklikləri özündə daha strukturlaşmış şəkildə əks etdirən, qanunvericiliyin birmənalı şəkildə tətbiqinə imkan verən daha sadə məcəlləni hazırlayıb təhvil verəcəyik", - deyə o qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti