Ordubadda top mərmisi aşkar edilib

Ordubadda  top mərmisi aşkar edilib
  28 Noyabr 2024    Oxunub:773
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ordubad rayon Polis Şöbəsinin Biləv polis bölməsinin əməkdaşları tərəfindən rayonun Kotam kəndi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirlikdən AzVision.az -a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası FHN-in pirotexnikləri hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 76 mm-lik qəlpəli fuqaslı top mərmisi olduğu müəyyən edilib.

Sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti