“YAŞAT” Fondu şəhid övladları üçün layihəyə başlayıb

   “YAŞAT” Fondu şəhid övladları üçün layihəyə başlayıb
  28 Noyabr 2024    Oxunub:651
“YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün “Bir uşaq-bir gələcək” layihəsinə start verilib.
Layihə çərçivəsində ölkə üzrə özəl məktəblərin 1-11-ci sinfində təhsil alan şəhid övladlarına ödənişsiz təhsil imkanları ilə bağlı tədbirlər həyata keçiriləcək.

Bu çərçivədə müxtəlif şirkətlər və fiziki şəxslər tərəfindən ilkin mərhələdə 12 şəhid övladının təhsilinə dəstək göstərilib.

Belə ki, "Mr.Fix" tərəfindən hər il üçün 31240 AZN ayrılmaqla beş şəhid övladının məktəbi bitirənə qədər olan təhsil haqqı, "Megastore" tərəfindən 32180 AZN ayrılmaqla 5 şagirdin bir illik təhsil haqqı, "Perla Mebel" tərəfindən isə hər il üçün 6360 AZN ayrılmaqla 1 şagirdin məktəbi bitirənə qədər olan təhsil haqqı qarşılanacaq.

Qələbəni bizə yaşadanları birgə yaşadaq! Şəhidlərimizin yadigarlarına dəstək üçün hər kəsi bu təşəbbüsə qoşulmağa dəvət edirik.

AzVision.az



Teqlər:





Xəbər lenti