Sarkisyan: “Tramp İrəvana təzyiq göstərə bilər”

   Sarkisyan:    “Tramp İrəvana təzyiq göstərə bilər”
  23 Noyabr 2024    Oxunub:307
Donald Trampın administrasiyası üçün Ukrayna və İran istiqaməti önəmli olacaq. Bu, açıq-aydın bizim üçün də vacib olacaq, çünki bizə dolayı təsir göstərəcək.
AzVision.az xəbər verir ki, erməni politoloq Suren Sarkisyan “Gürcüstanda, ABŞ-da seçkilərin və Ukrayna münaqişəsinin Ermənistanın təhlükəsizliyinə təsiri” adlı müzakirədə belə deyib.

“Ən pis ssenari bu, ola bilər ki, Rusiya ilə münasibətlərin normallaşması baş tutmayacaq, digər tərəfdən İrana, o cümlədən də bizə güclü təzyiq göstərməyə başlayacaqlar. Tutaq ki, deyəcəklər, bilirsiniz, İranla ticarəti azaltmalısınız. Bu, iqtisadiyyatımız üçün dağıdıcı ola bilər, bu, ən pis ssenaridir”, - ekspert bildirib.

Onun fikrincə, bir az daha yaxşı ssenari Trampın İran və İsraillə ortaq dil tapmağa başlaması olardı ki, bu ehtimal da çox azdır. Trampın sülh gətirmək vədlərə nəzərə alınsa, bu ssenari mövcud ola bilər. Erməni polotoloq qeyd edib ki, o, bu məsələdə Obama ilə rəqabət aparır. Çünki Tramp da Obama kimi Nobel mükafatı almaq istəyir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   Tramp   təzyiq  





Xəbər lenti