Baş nazir təyyarə qəzasından danışdı - VİDEO

Baş nazir təyyarə qəzasından danışdı - VİDEO
  18 İyul 2014    Oxunub:1118
Malayziya baş naziri Nədcib Razak “Malaysia Airlines” şirklətinə məxsus təyyarənin qəzaya uğramasından sonra ilk dəfə rəsmi bəyanatla çıxış edib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Razak bəyan edib ki, ən yaxın zamanda malayziyalı ekspertlər Ukraynaya gedəcək və orada həyata keçirilən araşdırmalarda işdirak edəcək: “Bu çox ciddi faciədir, dünyada belə faciələr olduqca azdır. Ona görə də, aktiv döyüşlərin getdiyi ərazidə istintaq işlərinin həyata keçirlməsi üçün təcili şərait yaratmaq lazımdır” – deyə, baş nazir vurğulayıb.



Ukraynanın Rusiya sərhədinə yaxın ərazisində qəzaya düşən “Malaysia Airlines” şirkətinə məxsus Boeing-777 sərnişin təyyarəsində 280 sərnişin və 15 ekipaj üzvü olub.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti