"Rusiyanın dərinliklərinə zərbə qərarı gərginliyin yeni mərhələsidir" - Peskov

"Rusiyanın dərinliklərinə zərbə qərarı gərginliyin yeni mərhələsidir"    - Peskov
  18 Noyabr 2024    Oxunub:663
ATACMS raketləri ilə Rusiya Federasiyasının dərinliklərinə hücum etməklə bağlı verilmiş qərar keyfiyyətcə yeni gərginlik mərhələsi deməkdir.
Bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
“Əgər belə bir qərar həqiqətən formalaşdırılıbsa və o, Kiyev rejiminə çatdırılıbsa, əlbəttə ki, bu, gərginliyin keyfiyyətcə yeni raundu olacaq. Bu həm də ABŞ üçün məlum münaqişədə iştirakı baxımından keyfiyyətcə yeni vəziyyət yaradır”, - Peskov bildirib.
Xatırladaq ki, dünən “New York Times” (NYT) öz mənbələrinə istinadən diqqət çəkən məlumat yaymışdı. Nəşr iddia edib ki, ABŞ prezidenti Cozef Bayden ilk dəfə olaraq Ukraynaya Rusiya ərazisinə hücum etmək üçün ATACMS raketlərindən istifadə etməyə icazə verib.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti