COP29 - da "Dəyişiklikləri yönləndirən qadınlar: Dayanıqlı gələcəyin çempionları" tədbiri keçirilib

      COP29    -   da "Dəyişiklikləri yönləndirən qadınlar: Dayanıqlı gələcəyin çempionları" tədbiri keçirilib
  17 Noyabr 2024    Oxunub:237
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) yeddinci günündə Yaşıl Zonada "Dəyişiklikləri yönləndirən qadınlar: Dayanıqlı gələcəyin çempionları" adlı tədbir keçirilib.
AzVision.az xəbər verir ki, tədbir COP29-un baş danışıqçısı Yalçın Rəfiyevin moderatorluğu ilə baş tutub.

Tədbirdə iqlim dəyişmələrinə qarşı mübarizədə dönüş yaradan aparıcı qadın alimlər, mütəxəssislər və müvafiq sahələr üzrə ekspertlərdən ibarət qadın iqlim liderləri bir araya gəliblər.

Bu qadın liderlər öz ilhamverici işləri və innovativ həllərini, eyni zamanda, gender bərabərliyinin iqlim dayanıqlılığı ilə necə əlaqəli olduğu barədə öz fikirlərini bölüşüblər.

Tədbirdə iqlim sahəsində qadınların qarşılaşdığı özünəməxsus çətinliklər və imkanlar müzakirə olunub, həmçinin onların dayanıqlı gələcəyin qurulmasında oynadıqları həyati rol vurğulanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti