"COP29 həm dünyanı özünə, həm də ölkəmizi dünyaya tanıda bildi" - Deputat

 "COP29 həm dünyanı özünə, həm də ölkəmizi dünyaya tanıda bildi" -  Deputat
  17 Noyabr 2024    Oxunub:264
Məlum olduğu kimi, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti t
qələbəsidir.
Bu beynəlxalq tədbir ölkəmizə hansı töhfələri verəcək?

COP29 | Bakıda COP29-un açılış mərasimi başlayıb - Yenilənib
Mövzu ilə bağlı AzVision.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, COP bu gün dünyada diqqəti cəlb edən, dünya rəhbərlərinin və eyni zamanda ayrı-ayrı sahələr üzrə mütəxəssislərin toplaşdığı qlobal bir tədbir hesab edilir:

"Bu konfransa hazırlıq böyük məsuliyyət və gərgin iş tələb edir. Görünən ondan ibarətdir ki, Azərbaycan bunun öhdəsindən uğurla gəldi. Gələn qonaqlar bu gün tədbirin yüksək səviyyədə təşkil edildiyini, müzakirələr keçirmək üçün bütün imkanların olduğunu xüsusilə vurğulayırlar. Dünya mətbuatı Azərbaycanda keçirilən tədbirin yüksək təşkil olunduğunu bildirir. Düzdür, qarayaxma kampaniyası aparan, Azərbaycanı gözdən salmaq istəyən ölkə və dairələr də oldu. Amma bütün bunlara baxmayaraq, 80 ölkədən 72000 qonağın iştirakı ona böyük diqqəti göstərir".

Deputat onu da qeyd edib ki, COP29 iqlim dəyişikiyi ilə bağlı bütün məsələləri müzakirə etməyə imkan verir:

"İkitərəfli görüşlər və müzakirələr həyata keçirilir. Qonaqlar Azərbaycanı daha yaxşı tanıyırlar, mədəniyyətə, tariximizə bələd olurlar. Ölkəmiz haqqında geniş məlumata malik olurlar. Artıq 2-3 gün ərzində tədbirdə iştirak edən müəyyən şirkətlərlə yerli şirkətlər arasında hər iki tərəfin marağında olan iqtisadi layihələr imzalanıb. Azərbaycan barəsində məsləhətləşmələr aparılıb. COP29 həm dünyanı özünə, həm də Azərbaycanı dünyaya tanıda bildi".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   COP29   Bakı  





Xəbər lenti