“QR-kod” necə yaranıb?

   “QR-kod” necə yaranıb?
  10 Noyabr 2024    Oxunub:4659
Bu gün hər kəsə yaxşı tanış olan və müxtəlif məqsədlərlə istifadə olunan QR-kod şəkillərini 1994-cü ildə “Toyota” korporasiyasına daxil olan “Denso Wave” şirkətinin mütəxəssisləri yaradıblar.
Həmin qrupa başçılıq edən Maşahiro Hata “qo” oyunun damalı taxtasından və ağ-qara daşlardan ilhamlanmışdı.

Kodlardan istehsal prosesi zamanı avtomobil hissələrinin hərəkətini izləmək üçün istifadə olunurdu.

“Denso Wave” əvvəlcə QR-koda görə patent alsa da, sonra onu hər kəsin istifadəsi üçün açıq elan etdi. Nəticədə texnologiya bütün dünyaya yayıldı.

Əvvəlcə sənayedə istifadə üçün nəzərdə tutulan bu alət mobil telefonların kütləviləşməsi nəticəsində çox müxtəlif sahələrdə tətbiq edilməyə başladı. Hazırda kafelərin menyüsündən vizit kartlara, elektron biletlərə qədər hər yerdə QR-koda rast gəlmək mümkündür.

Maraqlıdır ki, hazırda QR-kodun təkamülü davam edir. Yeni yarananda onun tərkibində 4-5 element var idi. Hazırkı QR-kodlarda 7089-a qədər element olur. Bu, kodun hətta zədələnəndə belə, düzgün informasiya çatdırmasını təmin edir.

Samir Quliyev
AzVision.az


Teqlər: QR-kod  





Xəbər lenti