Ağ Ev Tramp-Vens tandemini ittiham edir

Ağ Ev    Tramp-Vens    tandemini ittiham edir
  19 Dekabr 2024    Oxunub:647
ABŞ-nin gələcək prezidenti Donald Tramp və onun vitse-prezidenti Cey Di Vens respublikaçıları hökumətin maliyyələşdirilməsini uzatmaq üçün partiyaların ikitərəfli razılaşmasından imtina etməyə çağırır.
AzVision.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bunun hökumətin fəaliyyətinin dayandırılması təhdidi yaratdığını vurğulayıb.

“Respublikaçılar bu ikitərəfli razılaşma ilə bağlı siyasi oyunları dayandırmalıdırlar, əks halda onlar zəhmətkeş amerikalılara zərər verəcək və ölkə daxilində qeyri-sabitlik yaradacaqlar. Razılaşmanın rədd edilməsi təbii fəlakətlərdən zərər çəkmiş fermerlərə və icmalara yardımı dayandıracaq”, - Ağ Evin sözçüsü bildirib.

Donald Trampın və Cey Vensin “Truth Social” sosial şəbəkəsində dərc olunan birgə bəyanatında deyilir ki, Konqres yardımı qoruyub-saxlayan, lakin demokratlar tərəfindən təklif olunan bəzi qeyri-yardım xərclərini istisna edən yeni saziş hazırlamalıdır.

- İkitərəfli razılaşma hökumətin maliyyələşdirilməsinin 14 mart 2025-ci ilə qədər uzadılmasını nəzərdə tutur. Bu, artıq qanunvericilər arasında çoxlu fikir ayrılığına və xərcləri rədd edən respublikaçıların tənqidinə səbəb olub. Trampın yeni Hökumətin Səmərəliliyi departamentinin rəhbəri vəzifəsinə namizədliyini irəli sürdüyü “Tesla” və “SpaceX” şirkətlərinin təsisatçısı İlon Mask bu qanun layihəsinin keçməli olmadığını yazıb”, - Associated Press agentliyinin dərc etdiyi materialda deyilir.

Konqresin hər iki palatası dekabrın 21-dək razılaşmanı təsdiqləməlidir, əks halda hökumətin fəaliyyəti dayandırılacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Vens   ittiham  





Xəbər lenti