Müsiqi məktəblərinə işə qəbul üzrə müsahibə keçiriləcək

Direktor vəzifəsi üzrə “Test mərhələsi” üçün keçid faizi (balı) - Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu məktəblərində 55 % (55 bal), digər rayonlar üzrə isə 50 % (50 bal) təşkil edir. Direktor müavini vəzifəsi üzrə “Test mərhələsi” üçün keçid faizi (balı) - Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu məktəblərində 50 % (50 bal), digər rayonlar üzrə isə 45 % (45 bal) təşkil edir.
Müsahibə mərhələsi üçün keçid balı direktor vəzifəsi üzrə 55% (22 bal), direktor müavini vəzifəsi üzrə isə 50% (20 bal) olaraq müəyyən edilmişdir. Keçid balı regionlardan asılı olmayaraq eynidir. Müsabiqənin hər iki mərhələsində minimal tələblərə cavab verən namizədlər, ümumilikdə 20 vakant yerdən birini seçmək imkanı əldə edəcəklər.
Diqqət: Müsahibə mərhələsində iştirak etmək üçün “Digital.Login” qeydiyyatının olması zəruridir.
AzVision.az
Teqlər: