Aİ Rusiyanı müharibə üçün necə maliyyələşdirir? - Statistika

 Aİ Rusiyanı müharibə üçün necə maliyyələşdirir? - Statistika
  29 Oktyabr 2024    Oxunub:960
Avropa İttifaqı(Aİ) ölkələri Rusiya Federasiyasından enerji resursları almaqla Kremlin Ukraynaya qarşı genişmiqyaslı müharibəni maliyyələşdirir.
Bu fikirlər UNİAN-da dərc olunan məqalədəndir. Nəşr qeyd edib ki, Avropa ölkələri ümumilikdə Rusiya ordusu üçün 1,5 illik hərbi əməliyyatların pulunu ödəyiblər.

Fransa Ukrayna məhsulunu niyə "vurmaq" istəyir?
"Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Aİ ölkələri Moskvanın enerji resurslarından asılılığı azaltmağa başlasalar da, hələ də idxala davam edirlər. 19 oktyabr 2024-cü il tarixinə qədər Aİ-nin Rusiyadan enerji idxalının ümumi dəyəri 204 milyard avro təşkil edib. Müqayisə üçün qeyd edək ki, Rusiyanın gündəlik müharibə xərcləri 36,6 milyon avrodur ", - məqalədə yazılıb.

“Top Lead” agentliyi isə hansı ölkənin Moskvaya nə qədər pul ödədiyini araşdırıb. İddia olunub ki, Rusiya hərbi-siyasi dairələrinə məhz bu pulların sayəsində Ukrayna ərazisini dağıdıb ələ keçirmək üçün şərait yaradılıb.

Kiyevə qarşı müharibəyə ən çox "sərmayə yatıran" ölkə Almaniyadır - 28,7 milyard avro . Berlin bununla da 79 günlük hərbi əməliyyatların xərclərini ödəmiş olub... İkinci yerdə 53 günlük müharibə xərclərini ödəmiş və Moskvaya 19,3 milyard avro verən İtaliya qərarlaşıb. Üçüncü yerdə Hollandiya dayanır. Amsterdam Rusiya Federasiyasından 18,8 milyard avro dəyərində enerji resursları alıb və bununla da 52 günlük müharibə xərclərini ödəyib", - nəşr yazıb.
TOP 5-ə 48 və 44 günlük müharibə xərclərini "təmin etmiş" və Rusiyaya müvafiq olaraq 17,5 və 15,8 milyard avro ödəyən Macarıstanla Fransa kimi ölkələr də daxil olub.

Bundan əlavə, ilk onluğa aşağıdakı ölklər də düşüblərxildir:

Belçika – 41 gün,
Slovakiya – 32,
Yunanıstan – 31,
Polşa – 30,
İspaniya – 29.


Tural Tağıyev
AzVision.az



Teqlər:     Rusiya   Yanacaq   Ukrayna   Müharibə  





Xəbər lenti