Türkiyə Cümhuriyyətinin qurulmasının 101 illiyidir
Türkiyə Cümhuriyyətinin ərazisi 783 min kv. km-dir. Hazırda Türkiyənin əhalisi 86 milyondan çoxdur. Yeri gəlmişkən qeyd edək ki, Osmanlı dövləti 1299-cu ildə qurulub. 2019-cu ildə bu dövlətin qurulmasının 720-ci ildönümü qeyd olunub.
1876-cı ilədək ölkə mütləq monarxiya, 1876-1878-ci illər və 1908-1918-ci illərdə isə konstitusiyalı monarxiya üsulu ilə idarə edilib. Həmin illərdə ölkə parlament üsul-idarəsi sisteminə keçmişdi.
Birinci Dünya müharibəsində Osmanlı dövləti məğlubiyyətə uğradıldıqdan sonra ərazisi işğala məruz qaldı. O zaman Mustafa Kamal Atatürkün başçılıq etdiyi hərəkatın mübarizəsi 1923-cü ildə milli qüvvələrin qələbəsi ilə başa çatıb. 1920-ci il aprelin 23-də Ankarada Böyük Millət Məclisi qurulub.
1922-ci il noyabrın 1-də isə Osmanlı dövlətinin fəaliyyətinin dayandırıldığı elan edilib. 1923-cü ildən Türkiyə parlament üsul idarəsi ilə idarə edilirdi. 2018-ci ildən isə ölkə prezident üsul-idarəsinə keçib. Ölkənin ilk Prezidenti Mustafa Kamal Atatürk (1923-1938) olub. Hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Onun sədri olduğu Ədalət və İnkişaf Partiyası ilk dəfə 2002-ci ildə parlament seçkilərində qalib gəlib. Həmin dövrdən Türkiyənin hakim partiyasıdır.
Bu gün Türkiyə bir çox beynəlxalq təşkilatların, o cümlədən NATO-nun üzvü, dünyada əsas siyasi aktorlarından biridir. Ankara, həmçinin türk dövlətləri arasında inteqrasiyanın güclənməsində mühüm oynayır. Bu, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) daxilindəki fəaliyyətdə özünü göstərir.
AzVision.az
Teqlər: