Gürcüstanda parlament binasına xüsusi təyinatlılar yerləşdirilib

      Gürcüstanda parlament binasına xüsusi təyinatlılar yerləşdirilib
  28 Oktyabr 2024    Oxunub:699
Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə parlament seçkilərinin nəticələrinə qarşı mitinqin keçiriləcəyi parlament binasına xüsusi təyinatlılar yerləşdirib.
AzVision.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Hökumət Evinin həyətində də görüntülənib. Parlament binası qarşısında vəziyyətin sakit olduğu qeyd edilir.

+++

Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, ABŞ və Avropa İttifaqı Gürcüstanda keçirilən parlament seçkilərindən sonra etirazlara dəstək verməlidir.

AzVision.az



Teqlər:





Xəbər lenti