Kreml Gürcüstandakı seçkilərlə bağlı ittihamlara cavab verib

   Kreml Gürcüstandakı seçkilərlə bağlı ittihamlara cavab verib
  28 Oktyabr 2024    Oxunub:810
Rusiyanın Gürcüstandakı parlament seçkilərinə müdaxiləsi ilə bağlı ittihamları tamamilə əsassızdır və Kreml onları “qətiyyətlə” rədd edir.
AzVision.az xəbər verir ki, belə bəyanatla çıxış edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir çox ölkələr üçün belə ittihamların artıq standart hal aldığını diqqətə çatdırıb.

“Biz bu cür ittihamları qətiyyətlə rədd edirik. Onlar artıq bir çox ölkələrdə standartdır, dərhal Rusiyanı müdaxilədə ittiham edirlər. Xeyr, bu belə deyil, heç bir müdaxilə olmayıb və ittihamlar tamamilə əsassızdır”, - Kremlin rəsmi nümayəndəsi vurğulayıb.

Peskov həmçinin bildirib ki, Rusiya Gürcüstanın daxili işlərinə qarışmır. Əksinə Avropadakı bir çox qüvvələr səsvermənin nəticələrinə təsir göstərməyə çalışırlar.

Qərb Gürcüstanda keçirilən parlament seçkilərinə münasibəti bildirib
Qeyd edək ki, ABŞ və Avropa İttifaqı (Aİ) Gürcüstan hakimiiyyətini parlament seçkiləri zamanı yol verilən pozuntularla bağlı araşdırmalar aparmağa çağırıblar. Seçkilərin nəticəsini “Gürcüstanın Rusiyaya tabe olmasına” bərabər tutula bilməsini bəyan edən Gürcüstan prezidenti Salome Zurabişvili isə ölkə vətəndaşlarını etiraz aksiyalarına çıxamağa səsləyib.

Rusiya prezidentinin mətbuat katibi məhz belə addımların və çağırışların Gürcüstanda sabitliyi pozmağa və seçkilərin nəticələrinə təsir gösətrməyə cəhdlər kimi qiymətləndirib.

- Respublikada sabitliyi pozmağa cəhdlər edilir. Müdaxilə cəhdləri də adi gözlə görünür. Lakin Ruisyadan yox, Avropa ölkələrindən, müxtəlif Avropa qurumlarından çoxlu sayda qüvvələr səsvermənin nəticələrinə təsir göstərməyə çalışıblar. Hətta bunu heç kim gizlətməyib, ictimai açıqlamalar da olub. Moskvadan fərqli olaraq. Biz Gürcüstanın daxili işlərinə qarışmırıq və qarışmaq niyyətində deyilik”, - Dmitri Peskov bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rusiya   Gürcüstan   seçkilər  





Xəbər lenti