Fitso ona qarşı yeni sui-qəsd cəhdindən danışıb

   Fitso ona qarşı yeni sui-qəsd cəhdindən danışıb
  28 Oktyabr 2024    Oxunub:1069
Slovakiyanın baş naziri Robert Ditsoya qarşı növbəti sui-qəsd cəhdi olub.
AzVision.az xəbər verir ki, Slovakiyanın baş naziri Robert Fitso “Standard” nəşrinə müsahibəsində hadisənin bu ay Polşa ilə sərhəddəki Dukla keçidində baş verdiyini deyib. Həmin vaxt burada Karpat-Dukla hərbi əməliyyatının 80 illiyi şərəfinə tədbirlər keçirilib.

Tədbir iştirakçılarının ərazisinə daxil olarkən metal detektorunun çərçivəsindən keçən şəxsin üstündən güllə ilə tam dolu tapançanın tapıldığı bildirilir.

Slovakiya Baş nazirinə qarşı sui-qəsd işi üzrə istintaq başlayıb - FOTO/VİDEO - YENİLƏNİB
Xatırladaq ki, bu ilin may ayında artıq Slovakiyanın baş nazirinə qarşı sui-qəsd törədilməsai nəticəsində o, üç yara alıb: qarın boşluğunda, əzalarında və döş qəfəsində.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Fitso   sui-qəsd  





Xəbər lenti