Qərb İrəvanda Ukrayna ssenarisini təkrarlayır - Ermənistan saytı

   Qərb İrəvanda Ukrayna ssenarisini təkrarlayır    - Ermənistan saytı
  28 Oktyabr 2024    Oxunub:1266
Ermənistan mediasında keçmiş SSRİ ölkələrinin Avropaya inteqrasiya xətti tutmasının fəsadları barədə silsilə yazılar dərc olunur. David Mkrtçyan adlı analitikin "Jam" nəşrində yazdığı yazıda isə Ermənistanı Ukraynanın aqibəti gözləməsi vurğulanıb.
Təhlilçi "Reuters"in bir neçə gün öncə yaydığı məlumatı xatırladıb.

"Müharibə başlayandan bəri qaçqınların axını, doğum səviyyəsinin aşağı düşməsi və ümumilikdə döyüşlər nəticəsində ölənlərə görə Ukrayna əhalisi 10 milyon nəfər və ya təxminən dörddə bir qədər azalıb. Bunu BMT-nin Əhali Fondunun Şərqi Avropa bölməsinin rəhbəri Florens Bauer bildirib.

Paşinyan "qoruyucu mələy"ini itirib
Bu informasiyalar Rusiya və ya Qərbə aid məlumatlar deyil, BMT-nin rəsmi hesabatıdır. Hesabatda bildirilib ki, əhalinin azalması təkcə müharibədəki birbaşa itkilərlə yox, həm də mühacirətlə bağlıdır. Əhali surətlə qocalır, gənclər xaricdə müəyyən imkanlar axtarırlar və şans düşən kimi ölkəni tərk edirlər. Ukraynada doğum səviyyəsi müharibədən əvvəl də aşağı idi. Lakin indiki durum dünyada ən aşağı göstəricilərdən biridir. Hər qadına təxminən 1,0 uşaq düşür. Əhalinin yenilənməsi üçün isə göstərici 2.1 olmalıdır. Ukraynadakı bu rəqəm bəlkə də yalnız 0,7 gösətiricisi olan Cənubi Koreyaya baxanda yaxşıdır. İş o yerə çatıb ki, Ukraynanın Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun direktoru Ella Libanova da yaşlı insanların sayının çox olması və doğum səviyyəsinin aşağı düşməsi səbəbindən ölkə əhalisinin kəskin şəkildə azalacağını proqnozlaşdırıb. O, qeyd edib ki, vəziyyəti yalnız ölkəni tərk edənlərin geri qaytarılması ilə düzəltmək olar", - analitik yazıb.

Təhlilçi Ukraynadakı mövcud durumu boş yerə araşdırmadığını yazıb. O, ölkəsi üçün də belə bir ssenarinin olmasını istisna etməyib: "Bütün təhlillər göstərir ki, xaricə getmiş ukraynalıların yalnız 10 faizi vətənə qayıtmağa hazırdır. Onlar da müharibədən sonra gəlməyə razıdırlar. Onu da qeyd etmək lazımdır ki, insanların kütləvi mühacirəti təkcə müharibə aparan Ukraynadan deyil, həm də sülhsevər Avropa ölkələrindən, məsələn, Baltikyanı ölkələrdən, Şərqi Avropa bölgəsindən - Bolqarıstan, Rumıniya, Slovakiyadan da baş tutur. Məsələn, Litva Avropa İttifaqına (Aİ) daxil olduqdan sonra əhalinin təxminən 25%-i ölkəni tərk edib. Bu rəqəm Latviya və Estoniyada 30%, Rumıniyada 35%, Bolqarıstanda isə 40%-dir. Maraqlıdır ki, əgər nəzəri cəhətdən Ermənistanı da Aİ-yə üzv kimi görsək, digər təhlükələri nəzərə almadan əhalinin neçə faizinin öz vətənlərini tərk edəcəyini proqnozlaşdırmaq olar? Bəlkə Qərbdə bu baxımdan ermənilərlə maraqlanmağa başlayıblar ki, Ermənistanın da taleyi Ukraynadakı kimi olsun?

Zelenskinin dövründə Ukrayna 10 milyon insan itirdi. Bizim "Zelenski" (Baş nazir Nikol Paşinyanı nəzərdə tutur-red.) Ermənistanda nə qədər insan itirmək istəyir? Ermənilərin "Zelenskisinin" əsas missiyası ona verilən əmri yerinə yetirməkdir. Hansı ki, bu əmr və tapşırıqlar dövlətə xəyanətin təzahürüdür. Əmri yerinə yetirənlər təhlükəsizlik problemi olan ölkələrdir və onlar ən ağır şəkildə cəzalandırılırlar. Bu reallıqdır!"

Tural Tağıyev
AzVision.az




Teqlər:   Ermənistan   Ukrayna   Paşinyan   Zelenski  





Xəbər lenti