MİT Suriya və İraqda PKK-ya aid 157 nöqtəni vurub

MİT Suriya və İraqda PKK-ya aid 157 nöqtəni vurub
  26 Oktyabr 2024    Oxunub:1050
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Türkiyə Aerokosmik Sənayesi Anonim Şirkətinə (TÜSAŞ) edilən hücumdan sonra Suriya və İraqın şimalında 157 nöqtədə əməliyyat keçirərək terror təşkilatı PKK-ya aid binaları, silah və sursat anbarlarını məhv edib.
AzVision.az xəbər verir ki, Ankarada baş vermiş terror hücumundan sonra PKK-ya qarşı başladılan əməliyyatlar bu günə qədər davam etdirirlib.

Bu çərçivədə 23-26 oktyabr tarixləri arasında Suriya və İraqın şimalında terror təşkilatı PKK-ya aid 157 məntəqəyə qarşı əməliyyat keçirilib.

Nəticədə təşkilatın binaları, silah və sursat anbarları dağıdılıb.

AzVision.az





Teqlər:





Xəbər lenti