Aİ Livan Ordusuna yardım ayıracaq

   Aİ Livan Ordusuna yardım ayıracaq
  24 Oktyabr 2024    Oxunub:976
Avropa İttifaqının Livan Ordusuna ümumilikdə 60 milyon avro həcmində yardım ayıracağı nəzərdə tutulur.
Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel məlumat verib. O, Fransanın paytaxtı Parisdə keçirilən Livana Dəstək Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında vurğulayıb ki, yardımın 20 milyon avro həcmində ilk yarısı bu il, 40 milyon avro həcmində ikinci hissəsi isə növbəti il göndəriləcək.
Borrel: "Livan əhalisinin 20%-i didərgin düşüb"

Sözügedən konfrans çərçivəsində Almaniya da Livana 96 milyon avro humanitar yardım ayıracağını bildirib. Bu yardımın "bütünlüklə yurd-yuvasından didərgin düşmüş məcburi köçkünlərə çatacağı" diqqətə çatdırılır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Avropa-İttifaqı   Livan   yardım  





Xəbər lenti