Bayden: “Bu Putinə xatırlatmadır”

      Bayden:    “Bu Putinə xatırlatmadır”
  24 Oktyabr 2024    Oxunub:1051
ABŞ prezidenti Co Bayden Vaşinqtonun Ukraynaya 20 milyard dollar kredit ayıracağını təsdiqləyib.
AzVision.az xəbər verir ki, Co Bayden bu kreditin Rusiyanın Qərbdə dondurulmuş aktivlərindən alınan faizlər hesabına ödəniləcəyini bildirib.

“Başqa sözlə desək, Ukrayna öz vergi ödəyicilərini yükləmədən indi ehtiyac duyduğu yardımı ala bilər. Bu kreditlər Ukrayna xalqını öz ölkəsini müdafiə edərkən və yenidən qurarkən onlara dəstək olacaq. Bizim səylərimiz isə bunu açıq şəkildə göstərir: tiranlar vurduqları zərərə görə cavab verəcəklər”, - Co Baydenin Ağ Evin saytında yerləşdirilmiş bəyanatında deyilir.

ABŞ prezidenti bildirib ki, Rusiyanın suveren aktivlərindən alınacaq gəlirlər hesabına bu ilin yayında G7 ölkələrini bir araya gətirmək üçün Ukraynaya Fövqəladə Gəlirlərin Sürətləndirilməsi Proqramı çərçivəsində 50 milyard dollar yardım göstərmək səylərinə rəhbərlik edib.

Onun iddiasına görə, Moskvanın Ukraynaya təcavüzündən sonra G7 ölkələri “Rusiyanın suveren aktivlərini ələ keçirmək üçün qətiyyətli addımlar atıblar” və Rusiya təcavüzünü dayandırana və Ukraynaya vurduğu ziyanı ödəyənə qədər bu aktivlərə həbs qoyulacağına söz verib.

- Rusiya müharibədə qalib gəlməyəcək. Ukrayna xalqı qalib gələcək. Bu, Vladimir Putinə dünyanın Ukrayna ətrafında birləşdiyini bir daha xatırladır. ABŞ və G7 tərəfdaşlarımız hər addımda onunla birlikdə olmağa davam edəcəklər”, - Co Bayden vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Bayden   Rusiya   xəbərdarlıq  





Xəbər lenti