İsrail ordusu Livanın liman şəhərini ağır bombardmana məruz qoyub

         İsrail ordusu Livanın liman şəhərini ağır bombardmana məruz qoyub
  23 Oktyabr 2024    Oxunub:308
İsrail ordusu Livanın cənubundakı liman şəhəri Tirə zərbələr endirib.
AzVision.az bildirir ki, bu barədə yerli KİV məlumat yayıb.

Zərbələrdən əvvəl İsrail ordusu şəhərin bir sıra məhəllələrini bombalayacağı barədə xəbərdarlıq edib.

Yerli hakimiyyət orqanları səsgücləndiricilərdən istifadə edərək, vətəndaşları təhlükəli əraziləri tərk etməyə çağırıb.

Hələlik ölən və xəsarət alanlar barədə məlumat verilmir.

AzVision.az



Teqlər:





Xəbər lenti