Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası Tbilisidə aksiya keçirib - FOTOLAR

   Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası Tbilisidə aksiya keçirib -    FOTOLAR
  23 Oktyabr 2024    Oxunub:291
Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası Tbilisidə seçkiöncəsi aksiya keçirib.

AzVision.az Azərtac-a istinadən xəbər verir ki, Tbilisinin mərkəzi Rustavelli prospektində keçirilən aksiyada partiyanın qurucusu və fəxri sədri Bidzina İvanişvili, partiyanın sədri İrakli Qaribaşvili, Baş nazir İrakli Kobaxidze, Parlamentin sədri Şalva Papuaşvili və on minlərlə insan iştirak edib.

Aksiyanı partiyanın baş katibi, Tbilisi şəhərinin meri Kaxa Kaladze açıb.

Qeyd edək ki, aksiya ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. DİN-in Patrul Polisi Departamentinin əməkdaşları ictimai asayişi qorumaq və nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək üçün səfərbər olublar.

Aksiyadan sonra konsert proqramı təqdim olunub.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti