HƏMAS-ın ali nümayəndəsi Moskvadadır

   HƏMAS-ın ali nümayəndəsi Moskvadadır
  23 Oktyabr 2024    Oxunub:901
Fələstinin HƏMAS qruplaşmasının siyasi bürosunun üzvü, keçmiş lider Musa Əbu Mərzuq danışıqlar məqsədilə Rusiyanın paytaxtı Moskvaya səfərə yollanıb.
Bu barədə "RIA Novosti" məlumat yayıb.

Onun Rusiyanın bir sıra hökumət nümayəndəsi ilə görüşlər keçirəcəyi bildirilir.
Al Jazeera: "Blinkenin Yaxın Şərqə səfəri yenə də nəticəsiz qalacaq"

Yeri gəlmişkən, Yaxın Şərq ölkələri, o cümlədən İsrail, İran, Livan, Fələstin, habelə HƏMAS qruplaşması ilə sıx əlaqələrə malik Rusiya tez-tez regiondakı cari böhranı ABŞ diplomatiyasının uğursuzluğu ilə əlaqələndirir. Digər tərəfdən, ABŞ Dövlət katibi Antoni Blinkenin İsrail və HƏMAS arasında atəşkəs sazişi üzrə danışıqlar üçün regiona növbəti uğursuz səfəri Moskvanın tənqidi ilə uzlaşmaqdadır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   HƏMAS   Rusiya   ABŞ   danışıqlar  





Xəbər lenti