Al Jazeera: "Blinkenin Yaxın Şərqə səfəri yenə də nəticəsiz qalacaq"

      Al Jazeera:    "Blinkenin Yaxın Şərqə səfəri yenə də nəticəsiz qalacaq"
  23 Oktyabr 2024    Oxunub:1044
"ABŞ-nin (Bayden hökumətinin - red.) seçkilərə iki həftə qalmış Qəzza zolağında münaqişəni başa çatdırmağa çalışması onun son çırpınışlarıdır".
Bu sözləri Qlobal Məsələlər üzrə Yaxın Şərq Şurasının əməkdaşı Adil Əbdülqaffar "Al Jazeera" agentliyinə açıqlamasında bildirib. Onun fikrincə, ABŞ Dövlət katibi Antoni Blinkenin İsrail və HƏMAS arasında atəşkəs və əsir mübadiləsi üzrə danışıqlar çərçivəsində Yaxın Şərqə hazırkı səfəri də əvvəlki 10 səfər kimi ciddi nəticə verməyəcək.

"Düşünmürəm ki, Vaşinqton yaxın iki həftə ərzində münaqişəni hansısa formada dayandıra bilər. Qəzzada humanitar böhran bərpası çətin vəziyyətdədir", - o bildirib.
Blinken Netanyahu ilə görüşüb

Mütəxəssis həmçinin vurğulayır ki, İsrailin Livanda "Hizbullah" terror təşkilatına qarşı quru əməliyyatına başlaması və Yaxın Şərqdə ümumi vəziyyətin günbəgün pisləşməsi ABŞ-nin İsrail və Səudiyyə Ərəbistanı arasında normallaşma cəhdlərini də tamamilə puça çıxarıb:

"Rəsmi Ər-Riyadın bəyanatı açıqdır: müharibə bitənə və Fələstin dövləti qurulmayanadək İsraillə heç bir normallaşmaya getməyəcək".

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İsrail   Yaxın-Şərq   danışıqlar  





Xəbər lenti