"Hizbullah" liderinin öldüyü təsdiqlənib

   "Hizbullah" liderinin öldüyü təsdiqlənib
  23 Oktyabr 2024    Oxunub:1331
Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatının lideri Haşim Səfiəddinin ölməsi faktı təsdiqlənib.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, o, oktyabrın 3-də Beyruta aviazərbə nəticəsində həyatını itirib. Onunla yanaşı terror qruplaşmasının kəşfiyyat bölməsinin rəhbəri Hüseyn Əli Həzimə də öldürülüb.
SEPAH: "Qaani sağ-salamatdır"

Xatırladaq ki, 1994-cü ildən bəri təşkilatın lideri postunu tutan Həsən Nəsrullah sentyabrın 27-də İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun cənubunda yerləşən Zahiyə qəsəbəsindəki qərargaha aviazərbəsi nəticəsində zərərsizləşdirilmiş, onu bu vəzifədə dayısı oğlu Haşim Səfiəddin əvəzləmişdi. Oktyabrın 3-də isə həmin qərargaha növbəti avizərbə endirilmiş və hücumda Səfiəddinlə birlikdə İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandiri İsmayıl Qaaninin də öldüyü bildirilmişdi. İran tərəfi ikinci iddianı sonradan təkzib etmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Hizbullah   lider   İsrail  





Xəbər lenti