ABŞ dövlət katibi İsrailə səfərə gedir

ABŞ dövlət katibi İsrailə səfərə gedir
  21 Oktyabr 2024    Oxunub:672
ABŞ dövlət katibi Entoni Blinken HAMAS lideri Yəhya Sinvarın ölümündən sonra Qəzza və Livanda münaqişələrə son qoymaq üçün diplomatik səylər çərçivəsində İsrailə səfər edəcək.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə “The New York Times" məlumat yayıb. Dövlət katibi Entoni Blinken, keçən il Qəzza müharibəsi başlayandan bəri və İsrailin Livanda Hizbullaha qarşı hücumlarını artırdığı bir vaxtda bölgəyə 11-ci səfərini edərək yenidən bu gün Yaxın Şərqə yollanır.

Qeyd edək ki, Blinkenin sabah İsrail Dövlətinin Prezidenti İsxak Hersoq və Baş nazir Benyamin Netanyahu ilə Yerusəlimdə görüşəcəyi gözlənilir.

AzVision.az



Teqlər:





Xəbər lenti