Bayden Tayvana 567 milyon dollarlıq hərbi yardım ayırıb

Bayden Tayvana 567 milyon dollarlıq hərbi yardım ayırıb
  30 Sentyabr 2024    Oxunub:566
ABŞ prezidenti Co Bayden Tayvana silah tədarükü və digər hərbi yardımlar üçün 567 milyon dollar ayrılması barədə göstəriş verib.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin bazar günü yaydığı yazılı bəyanatda deyilir.

ABŞ Tayvanı silahlandırır
Məlumata görə, bununla bağlı ABŞ dövlət katibi Antoni Blinken və Pentaqona müvafiq göstəriş verilib. Xatırladaq ki, ötən il Amerika administrasiyasının Müdafiə Nazirliyi vasitəsilə Tayvana ayırdığı yardımın məbləği 345 milyon dollar təşkil edib.

Qeyd edək ki, ABŞ 1979-cu ildə Tayvanla diplomatik əlaqələri kəsib və Çin Xalq Respublikası ilə əlaqələr qurub. Vaşinqton “vahid Çin” siyasətini tanıdığını rəsmən elan etsə də, eyni zamanda Taypey administrasiyası ilə əlaqələri davam etdirir. ABŞ Tayvanın əsas silah tədarükçüsüdür. Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, bir neçə il ərzində adaya Amerika hərbi tədarükünün ümumi həcmi 70 milyard dolları ötüb.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:   ABŞ   Tayvan  





Xəbər lenti