Kremldən xəbərdarlıq: "Sosial obyektlərimizi vurmağa çalışacaqlar"

   Kremldən xəbərdarlıq:    "Sosial obyektlərimizi vurmağa çalışacaqlar"
  12 Sentyabr 2024    Oxunub:1240
"Ukrayna silahlı qüvvələri böyük ehtimalla Rusiya ərazisində sosial obyektlərə zərbələr endirməyə çalışacaq".
AzVision.az “İzvestiya”ya istinadən xəbər verir ki, bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, ABŞ nümayəndələrinin Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə verəcəyinə dair sualı da cavablandırıb: "Rusiya ərazisində.“Əlbəttə, Ukrayna terror aktlarını davam etdirəcək. Yüksək ehtimal var ki, Ukrayna Silahlı Qüvvələri əvvəllər olduğu kimi, sosial obyektləri vurmağa çalışacaq”.

Peskovun sözlərinə görə, belə addımlar müharibənin sonuncu ukraynalıya qədər davam etdirilməsi cəhdidir.

"Əslində burada şişirdiləsi məsələ yoxdur. Amma bu, kollektiv Qərb ölkələrinin münaqişəyə cəlb olunma ehtimalları xeyli artırır. Təbii ki, belə addım Rusiyanın müvafiq reaksiyalarına səbəb olacaq",- o. Kiyevi xəbərdar edib.
Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Kreml  





Xəbər lenti