Azərbaycanlı Ukraynada şəhər prokuroru təyin olundu

Ukrayna Azərbaycanlı Gənclər İttifaqından apa-ya verilən məlumata görə, Gündüz Məmmədov 26 oktyabr 1974-cü ildə Gəncə şəhərində anadan olub. Meçnikov adına Odessa Dövlət Universitetini bitirib. Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Hüquq elmləri namizədi, Ukraynanın böyük ədliyyə müşaviridir.