Fəlsəfə doktoru: “Əminəm ki, müdrik xalqımız layiqli namizədlərə səs verəcək”

   Fəlsəfə doktoru:    “Əminəm ki, müdrik xalqımız layiqli namizədlərə səs verəcək”
  31 Avqust 2024    Oxunub:888
@30 il Qarabağla bağlı xəyallar qurur, nə vaxtsa əzəli torpaqlarımızda ictimai-siyasi proseslərə nəzarət edəcəyimizi arzulayırdıq. Artıq Azərbaycan tam suverendir, Xankəndidə, Şuşada seçkilər keçirə bilirik. Bundan gözəl xoşbəxtlik ola bilməz”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında pedaqoq, filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva deyib.

O qeyd edib ki, başqa ölkələrdə seçki adi siyasi proses olsa da, Azərbaycan xalqı üçün bir neçə amilə görə mühüm hadisə sayılır: “Mənim qardaşım şəhiddir. Əminəm ki, bütün şəhidlərimizin ruhu şaddır. Çünki laçınlılar, şuşalılar rahat şəkildə evlərindən çıxaraq öz yurdlarında deputatlarını seçəcəklər. Bizim xalq bundan da gözəl xoşbəxt anlara, günlərə, tarixi hadisələrə layiqdir. Bizim xalq müdrik xalqdır və yeni formalaşacaq parlamentə layiqli namizədləri seçəcəklər”.

AzVision.az



Teqlər:





Xəbər lenti