Hərbi hissənin sabiq xidmət rəisi həbs olunub

Hərbi hissənin sabiq xidmət rəisi həbs olunub
  30 Avqust 2024    Oxunub:1198
Hərbi Prokurorluğun İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr yaranan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yanacaq xidmətinin sabiq rəisi, ehtiyatda olan polkovnik-leytenant Məmmədli Rüstəm Ağali oğluna Cinayət Məcəlləsinin 32.3, 179.3.2-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilib. Hərbi Prokurorluğun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hərbi Prokurorluqdan AzVision.az -a verilən məlumata görə, hazırda istintaq davam etdirilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq , bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.

AzVision.az


Teqlər: Hərbi-Prokurorluq  





Xəbər lenti